- 18:37 | 12.08.2024
- Siyasət
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 25 siyasi partiyanın 592 nəfər səlahiyyətli nümayəndəsi qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
O həmçinin qeyd edib ki, parlament seçkiləri ilə əlaqədar 50 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib: "5 831 müşahidəçi MSK-da, 44 868 nəfər DSK-da (Dairə Seçki Komissiyaları) qeydə alınıb".
M.Pənahov vurğulayıb ki, partiyalar siyahıları təqdim etdikdə bu say 90 mini keçəcək.