Qadın vəkil intihara cəhd etdi

Türkiyənin Samsun şəhərində vəkil intihara cəhd edib.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, 30 yaşlı qadın 14 mərtəbəli yaşayış binasının 12-ci mərtəbəsindəki evinin eyvanından özünü aşağı atmaq istəyib.

Anası onu intihar fikrindən daşındırmağı bacarıb.

Hadisə yerinə təcili tibbi yardım, xilasedicilər və polis əməkdaşları gəlib. Xanım vəkil polisə ifadəsində heç bir problemi olmadığını söyləyib. 

Lakin polis əməkdaşları oradan uzaqlaşdıqdan sonra o, yenidən özünü aşağı atmağa çalışıb. 

Hadisə yerinə qayıdan xilasedicilər və polis əməkdaşları binanın qarşısında qabaqlayıcı tədbir görüb. Polis əməkdaşları gənc qadını fikrindən daşındırmaq üçün onunla söhbət aparıb.

Qızının qolundan tutan ana onu içəri çəkərək intiharının qarşısını alıb. Daha sonra xanım vəkil xəstəxanaya göndərilib.

Şəbnəm Mehdizadə