MSK sədri ATƏT/DTİHB-yə təşəkkür etdi

Ölkə üzrə müşahidəçilərinin göndərdiyi üçün ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) təşəkkürümü bildirirəm.

E-huquq.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sədr Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, onlar Qarabağa da getmək arzularını bildiriblər: “Bizim əsas məqsədimiz seçicinin səsvermə günü rahat səs verməsidir. Hər şey Seçki Məcəlləsinin tələbinə uyğun olmalıdır. İndiyə qədər hər şey normal gedib. 25 siyasi partiyanın namizədləri var”.