- 21:41 | 17.06.2024
- Dünya
Ermənistanın paytaxtı İrəvanda parlament binası yaxınlığında arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” hərəkatının mitinqi keçirilir.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“İyunun 12-də polislə toqquşmalarda xəsarət alanların hamısına xəstəxanalarda baş çəkmişəm. Hamımız ölkənin çevrildiyi böyük həbsxanadayıq”, - Qalstanyan mitinqdə bildirib.
Qeyd edək ki, iyunun 12-də aksiya zamanı polislə müxalifətçilər arasında toqquşma olub, etirazçılara xüsusi vasitələrdən istifadə edib. 90-dan çox insan kömək üçün tibb müəssisələrinə müraciət edib. Kütləvi iğtişaşlarda iştirak maddəsi ilə 8 nəfərə qarşı cinayət işi açılıb.
mənbə: report