Prokuror: AZAL-ın qəzaya uğrayan təyyarəsinin daha bir "qara qutu"su tapıldı

"Azərbaycan Hava Yollarının Qazaxıstanda qəzaya uğrayan təyyarəsinə aid daha bir "qara qutu" tapılıb".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev deyib.

O həmçinin əlavə edib ki, zərərçəkənlərin və havalimanının yerüstü xidmətlərinin əməkdaşlarının izahatları alınıb: “Dispetçerlərlə ekipaj arasındakı danışıqların səs yazıları götürülüb. Hazırda bütün şahidlərin əhatə dairəsi müəyyənləşdirilir. Eyni zamanda 4 min kv.km. ərazinin müayinə prosesi başa çatmaq üzrədir. Ərazinin mühafizəsi polis əməkdaşları tərəfindən təmin edilir”.