Banqladeşin Baş müşaviri Prezident İlham Əliyevə başsağlığı məktubu yollayıb

Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunus Prezident İlham Əliyevə başsağlığı məktubu yollayıb.

E-huquq.az xəbər verir ki, başsağlığında deyilir:

"Zati-aliləri.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər məni və Banqladeş xalqını çox sarsıtdı.

Təyyarə qəzası nəticəsində insan tələfatı bizi dərindən kədərləndirir. Mən həlak olanların ruhuna dualar edir və ailələrinə dərin hüznlə başsağlığı verirəm. Həmçinin xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Bu kədərli vaxtda biz Azərbaycan Respublikası ilə həmrəyik və dualarımız xalqınızladır.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".