Pakistanın Baş naziri Prezident İlham Əliyevə zəng etdi

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

E-huquq.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, Məhəmməd Şahbaz Şərif təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı Prezident İlham Əliyevə və həyatını itirən şəxslərin yaxınlarına başsağlığı verib, xəsarət alanlara şəfa arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə təşəkkür edib.