- 19:58 | 16.06.2024
- Dünya
Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında 4,4 maqnitudalı zəlzələ olub.
E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi bildirib.
Qeyd olunub ki, yeraltı təkanların ocağı 5 km dərinlikdə yerləşib. Saat 19:42-də qeydə alınmış zəlzələnin episentri ölkənin Oni şəhərindən 4 km cənubda olub. Cəmi yeddi dəqiqə sonra eyni bölgədə 4 maqnitudalı (ML) afterşok qeydə alınıb.
Tələfat və dağıntı barədə məlumat verilməyib.