Anar Bağırov: "Vəkilliyə qəbul imtahanında rekord sayda namizəd iştirak edir"

"Vəkilliyə qəbul üzrə bu gün keçirilən yazılı test imtahanında 600 nəfərə yaxın namizəd iştirak edir".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, bu, elektronlaşdırılımış qaydada keçirilən test imtahanlarında ən yüksək göstəricidir.

A.Bağırov bildirib ki, namizədlərin 61,7 faizi Bakı şəhərini, 38,3 faizi isə respublikanın digər regionlarını təmsil edir: "İmtahanda Azərbaycanın əksər regionlarının təmsil olunması gələcəkdə regionlarda vəkil çatışmazlığının nisbətən aradan qaldırılmasına imkan verəcək".

Xəyalə Bünyatova