Şəxsiyyəti müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır

Ötəngünkü təyyarə qəzasında həlak olan daha 3 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.

Bildirilib ki, bununla da şəxsiyyəti müəyyənləşdirilən şəxslərin sayı 10-a çatıb.

Onların arasında 3 Rusiya, 3 Qazaxıstan və 4 Azərbaycan vətəndaşı var.

Xatırladaq ki, daha öncə Qazaxıstan FHN 7 nəfərin şəxsiyyətinin müəyyənləşdirildiyini açıqlamışdı.