- 17:49 | 24.04.2024
- Məhkəmə
Şəmkirdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Anar Sərdarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.
Hakim Taleh Musayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Bakı-Qazax magistral yolunun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Hyundai" markalı yük maşını digər "Zil" markalı su daşıyan maşına arxadan çırpılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon şöbəsinin xilasediciləri xəsarət almış sürücülərdən birini ağır vəziyyətdə maşından çıxarıb. Sərnişin isə aldığı xəsarətlərdən hadisə yerində ölüb. S.Anarova qarşı Cinayət Məcəlləsinin 253.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə