Məhkəmə qanunsuz işdən çıxarılan məktəb direktorunu işə bərpa etdi

Nərimanov Rayon Məhkəməsində Güntəkin Cəfərovanın işə bərpa olunması ilə bağlı Elm və Təhsil Nazirliyinə qarşı qaldırılan iddiaya baxılıb.

Bu barədə e-huquq.az-a iddiaçının vəkili Siyasət Sultanov məlumat verib.

Onun sözlərinə görə, hakim Aytən Novruzovanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub.

"Güntəkin Cəfərova Goranboy rayon, M. Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbin direktoru vəzifəsində çalışıb. O, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) işdən azad olunub. Güntəkin xanım bununla bağlı məhkəməyə müraciət edib. Məhkəmə Güntəkin Cəfərovanın işdən çıxarılması ilə bağlı qərarı qanunsuz hesab edib və onun iddiasını təmin edib. Çox şadam ki, məhkəmə ədalətli qərar qəbul etdi. Hakim Aytən Novruzova ədaətli hakim kimi 17 il qüsuruz təcrübəsi olan pedaqoqun qanunsuz olaraq işdən azad edilməsinə göz yummadı", - deyə vəkil qeyd edib.

Şəbnəm Mehdizadə