"Zeytun Pharmaceuticals" cərimə oluna bilər

"Zeytun Pharmaceuticals" MMC-yə cərimə protokolu yazılıb.

E-huquq.az-ın məlumatına görə, MMC barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə protokol tərtib olunub və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

İş hakim Mətanət Hacıyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Protokol təsdiq olunarsa, “Zeytun Pharmaceuticals" 300 manat məbləğində cərimə edilə bilər.

Şəbnəm Mehdizadə