- 11:45 | 12.02.2024
- Dünya
Filippində baş verən torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 54-ə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən Masara kəndində baş verən təbii fəlakətlə bağlı Bələdiyyə Fəlakət Riskinin Azaldılması və İdarəetmə İdarəsi məlumat yayıb.
Məlumata görə, sürüşmə nəticəsində 54 nəfər ölüb, 63 nəfər isə itkin düşüb.
İndiyədək 32 yaralı xilas edilib, axtarış-xilasetmə işləri davam edir.
Rəsmilər təbii fəlakətdən zərər çəkmiş 1 166 ailənin bölgədən təxliyə edildiyini bildirib.
Şəbnəm Mehdizadə