- 10:35 | 29.11.2023
- Dünya
Fransanın səhiyyə naziri Orelyen Russo çimərliklərdə və meşələrdə siqaret çəkməyin qadağan ediləcəyini açıqlayıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, nazirin 2023-2027-ci illər üzrə Tütünlə Mübarizə Proqramı ilə bağlı yazılı açıqlaması Səhiyyə Nazirliyinin internet saytında dərc edilib.
Açıqlamada hər il Fransada orta hesabla 75 min insanın siqaret səbəbiylə öldüyünə diqqət çəkən Russo, bunun gündə təxminən 200 ölümə bərabər olduğunu vurğulayıb.
Nazir yeni proqram çərçivəsində siqaretin qiymətinin mərhələli şəkildə artacağını da əlavə edib. Beləliklə, bir qutu siqaretin qiyməti 2025-ci ildə 12 avroya, 2027-ci ildə isə 13 avroya yüksələcək.
Russo proqram çərçivəsində çimərliklər, parklar, məktəblər və meşələrdə siqaret çəkilməsinin qadağan ediləcəyini bildirib. O, siqareti atmaq istəyənlərə daha çox dəstək veriləcəyini də vurğulayıb.
Şəbnəm Mehdizadə