Piyadanın ölümündə ittiham olunan sürücü hakim qarşısına çıxarılır

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Zəminə İsmayılovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Anar Rzayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Sabunçu rayonu ərazisində, Maştağa-Zabrat yolunda qeydə alınıb. Belə ki, Zəminə İsmayılova idarə etdiyi avtomobillə 32 yaşlı Telman Qasımovu vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb. Z.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə