Türkiyədə dələduzluqda təqsirləndirilən 5 vəkil həbs olundu

Türkiyədə dələduzluqda təqsirləndirilən 5 vəkil həbs olunub.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bir qrup şəxs vətəndaşlara zəng edərək karqolarını götürmədikləri üçün borcları yarandığını və işin icraya yönləndiriləcəyini deyib pul tələb ediblər. Guya vətəndaşın 4-5 min lirə borcu olduğunu, lakin bunu qarşılığında 250 lirə göndərməklərinin kifayət edəcəyini deyiblər. Buna aldadanan yüzlərlə vətəndaş isə həmin məbləği göndərib.

Həmin şəxslərə qarşı İstanbul, Antalya, Dənizli və İzmirdə həyata keçirilən əməliyyatda 38 ünvana basqın edilib. Reydlər zamanı 5-i vəkil olmaqla 48 şübhəli şəxs saxlanılıb.

Onların evlərində və iş yerlərində aparılan axtarış zamanı 280 min lirə, 16 min dollar və 1500 avro ələ keçirilib.

17 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. 31 nəfər məhkəmə nəzarəti altında azadlğa buraxılıb.

Digər tərəfdən, polis şəbəkə üzvlərinin 7 lüks avtomobil, 7 ev, 2 mağaza və 41 bank hesabından ibarət 59 milyon lirəlik mülkü ilə bağlı araşdırmaya başlayıb. Cinayət yolu ilə əldə edilən gəlirlərlə əldə edildiyi hesab edilən bu sərvətin mənbəyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

Şəbnəm Mehdizadə