- 18:05 | 21.09.2023
- Məhkəmə
Bakıda adam bıçaqlamaqda təqsirləndirilən Fuad Eminlinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlq iclası oktyabrın 5-də keçiriləcək.
Qeyd edək ki, hadisə paytaxtın Xətai rayonu, Babək prospektində qeydə alınıb. Bir qrup yeniyetmə arasında düşən davada Tahir Abbaszadə bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Fuad Eminliyə qarşı Cinayət Məcəlləsinin 126.1.-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə