- 16:33 | 03.06.2023
- Dünya
Türkiyənin Xarici İşlər Nazirliyi Hindistana başsağlığı verib.
E-huquq.az bu barədə “TRT Haber”ə istinadən xəbər verir.
“Bu faciəvi qəzada həyatını itirənlərin yaxınlarına, Hindistan xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq", - başsağlığında bildirilib.
Qeyd edək ki, iyunun 3-də axşam saatlarında Hindistanda sərnişin qatarı yük qatarı ilə toqquşub. Nəticədə 300-dən çox insan ölüb, 1000-ə yaxın insan yaralanıb.
Şəbnəm Mehdizadə