- 15:53 | 10.01.2025
- Məhkəmə
Bakıda restorandan dostuna məxsus qızıl-zinyət əşyalarını oğurlamaqda təsirləndirilən Çingiz Muradovun (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb..
E-huquq.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ç.Muradov 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına (elektron qolbaq) məhkum edilib.
Qeyd edək ki, Ç.Mustafayev dostu İlkin Məmmədovun işlətdiyi restoranında olarkən İlkinin otağı tərk edib tualetə getməsindən istifadə edərək otaqda seyfin üzərində qoyulmuş sonuncuya məxsus 1 ədəd 2700 manat dəyərində üzüyü, 8000 manat dəyərində qolbağı və 4500 manat dəyərində qol saatını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 15200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq edib. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə