ABŞ-da meşə yanğınları sığorta sektoruna ciddi ziyan vurub

ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınları ölkə tarixində ən bahalı yanğın hadisəsi kimi tarixə düşüb. 


E-huquq.az xarici mətbuata bu haqda məlumat “JPMorgan” tərəfindən dərc edilən təhlildə yer alır.

Məlumata görə, yanğınlar nəticəsində sığortalanmış itkilərin həcmi 20 milyard dollardan çoxdur.

Bu rəqəmin daha da artacağı istisna edilmir.

Kredit reytinq agentliyi “Morningstar DBRS” tərəfindən verilən açıqlamada yanğınların sığorta sektoruna da ciddi ziyan vurduğu bildirilib.

Yanğınların təsirinə məruz qalan əmlakların ümumi sığorta itkisinin 8 milyard dolları keçəcəyi gözlənilir.

Şəbnəm Mehdizadə