"Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin kommentariyası hazırlanacaq

"Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin kommentariyası hazırlanacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırovun Deontologiya Komitəsinin üzvləri ilə keçirilən görüşündə məlumat verilib.

O, komitənin gələcəkdə görəcəyi işlərə toxunub, onların zəruriliyini vurğulayaraq "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin kommentariyasının hazırlanmasının və bu işdə Komitə ilə yanaşı, Vəkillərin İntizam Komissiyasının üzvlərinin, eləcə də Vəkillər Kollegiyasının üzvü ola vəkillərin də iştirakının mümkünlüyünü qeyd edib.

Bunun üçün qısa zamanda müvafiq elanların verilməsi, yerli və beynəlxalq təcrübənin öyrənilməsi və kommentariyanın mündəricatının hazırlanaraq Kollegiyanın Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.