Türkiyədə bələdiyyə sədri saxlanıldı

Türkiyənin Mersin şəhərində bələdiyyə sədri və 5 bələdiyyə işçisi saxlanılıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Mersin Şəhər Prokurorluğunun apardığı istintaq çərçivəsində terror təşkilatına üzv olmaq və terrorçuluğu təbliğ etməkdə şübhəli bilinən Akdeniz Bələdiyyə Başçısı Hoşyar Sarıyıldız, sədrin müavini Nuriye Arslan və və digər 4 nəfər saxlanılıb.

Polis bələdiyyənin binasında axtarış aparıb.

Şəbnəm Mehdizadə