Hava limanının yaxınlığında yaşamaq infarkt riskini artırır

Tədqiqatçılar hava limanına yaxın ərazidə yaşamağın sağlamlığa zərər olduğunu ortaya çıxarıb.


E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat Journal of the American College of Cardiology jurnalında dərc edilən araşdırmada yer alıb.

Belə ki, İngiltərənin Heathrow, Gatwick, Birmingham və Manchester hava limanları yaxınlığında yaşayan 3635 nəfərin ürək görüntüləmə məlumatları araşdırılıb.

Tədqiqatçılar hava limanlarının yaxınlığında yaşayan və təyyarənin qalxması və enməsi zamanı səs-küyə məruz qalan insanların ürək sağlamlığının daha çox risk altında ola biləcəyini müəyyən ediblər.

Araşdırmaya görə, səs-küyə məruz qalmaq infarkt keçirmə ehtimalını artıra bilər.

Səs-küylü yerlərdə yaşayan insanların ürək əzələləri daha sərt və qalın olur və daha çətin daralır və genişlənir.

Bildirilib ki, bu risk xüsusilə gecə saatlarında daha çox təyyarə səs-küyünə məruz qalanlara aiddir.

Şəbnəm Mehdizadə