İngiltərədə qarlı hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib

İngiltərədə daşqın və sellə bağlı əhaliyə xəbərdarlıq edilib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə İngiltərə Meteorologiya İdarəsinin (Met Office) məlumat yayıb.

Bildirilib ki, güclü yağış və əriyən qar suları bəzi bölgələrdə daşqınlara səbəb ola bilər.

Ölkənin bir çox bölgələrində soyuq hava şəraiti və buzlanma ilə əlaqədar “sarı xəbərdarlıq” elan edilib.

Rəsmilər avtomobil, hava və dəmir yolu nəqliyyatında gecikmələrlə bağlı vətəndaşları diqqətli olmağa çağırıb.

Buzlanma riski olan yollarda əlavə ehtiyat tədbirlərinin görüləcəyi qeyd olunub.

Hava proqnozlarına görə, bazar gününə qədər İngiltərənin bəzi bölgələrində havanın temperaturu daha da kəskinləşəcək.

Şəbnəm Mehdizadə