Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Hatay şəhərində 4 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ Hatayın Yayladağı rayonunda, yerli vaxtla saat 07:08-də, yerin 13,3 kilometr dərinliyində qeydə alınıb.

Qurumdan verilən məlumata görə, heç bir dağıntı və tələfat qeydə alınmayıb.

Şəbnəm Mehdizadə