- 10:26 | 08.01.2025
- Hadisə
Ötən gün metronun “Ulduz” stansiyasında relsin üzərinə düşərək xəsarət alan sərnişinin vəziyyəti açıqlanıb.
TƏBİB-dən veirlən məlumata görə, yanvarın 7-də saat 22:44 radələrində 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub:
"Baş-beynin travması diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib və dərhal əməliyyata alınıb. Hazırda müalicəsi Cərrahi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır".
Qeyd edək ki, dünən axşam saatlarında "Bakı Metropoliteni"nin “Ulduz” stansiyasında qatar platformaya daxil olan zaman sərnişin relsin üzərinə düşüb. Hadisə nəticəsində sərnişin ağır xəsarət alıb.