Prezident Baş nazirin köməkçisi ilə bağlı sərəncam imzaladı

Əhməd Əhmədzadə “Şərəf” ordeni ilə təltif edilib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla Ə.Əhmədzadə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə adıçəkilən “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, 2006-2021-ci illərdə Əhməd Əhmədzadə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri olub. O, ötən ilin oktyabr ayında Baş nazirin köməkçisi vəzifəsinə təyin olunub.