ABŞ-ın 7 ştatında fövqəladə vəziyyət elan edildi

ABŞ-də qarlı hava şəraiti bir sıra fəsadlara səbəb olub.

E-huquq.az xəbər verir ki, hazırda ölkənin 13 ştatında şiddətli soyuq və güclü qar müşahidə olunur.

Yol qəzaları nəticəsində Kanzas və Missorui ştatlarında 3 nəfər ölüb, 31 nəfər yaralanıb.

Ölkənin paytaxtı Vaşinqtonun bəzi bölgələrində qarın qalınlığı 40 santimetrə çatıb.

7 ştatda fövqəladə vəziyyət elan edilib, vətəndaşlara zərurət olmadıqca evdən çıxmamağa dair xəbərdarlıq edilib.

Bəzi bölgələrdə dövlət məktəbləri və idarələr bağlanıb.

350 minə yaxın evdə elektrik enerjisi kəsilib.

"FlightAware" saytının məlumatına görə kəskin hava şəraiti ilə əlaqədar 1400 reys ləğv edilib, ən azı 750 reys təxirə salınıb.

Şəbnəm Mehdizadə