Tovuzdakı ağır qəzaya görə təqsirləndirilən yük maşını sürücüsü hakim qarşısına çıxarılır

Tovuzda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elton Hüseynovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilib.

İş hakim Zaur Hünmətovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə ötən ilin avqust ayında baş verib. Elton Hüseynovun idarə etdiyi "Hyundai HD-72" markalı yük avtomobili ilə Şakir Abbasovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil toqquşub. Ş.Abbasov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Elton Hüsrynova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürlüb.

Şəbnəm Mehdizadə