- 10:34 | 07.01.2025
- Dünya
Türkiyənin Ankara şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankara Şəhər Prokurorluğunun terror təşkilatı ilə bağlı apardığı istintaq çərçivəsində 37 nəfər barəsində həbs qərarı çıxarılıb.
Həmin şəxslərin terror təşkilatına maddi dəstək göstərdiyi müəyyən edilib.
Polisin keçirdiyi əməliyyat zamanı şübhəlilərdən 22-si tutulub.
Digər şübhəlilərin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə