Hacıqabuldakı qəzada ölənlərin sayı 3 nəfərə çatdı

Hacıqabulda baş verən yol qəzasında ölənlərin sayı üçə çatıb.

E-huquq.az xəbər verir ki, yanvarın 2-də rayonda baş verən zəncirvari qəza nəticəsində 2016-cı il təvəllüdlü Qəhrəmanov Yusif Zamin oğlu,  1996-cı il təvəllüdlü Qəhrəmanova Aminə Fikrət qızı və 2008-ci il təvəllüdlü Qəhrəmanova Günel Vilayət qızı həkimlərin səyinə baxmayaraq xəstəxanada ölüb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Bakı-Qazax magistral yolunda Hacıqabul rayonundan keçən hissəsində "VAZ-2107" markalı avtomobil “Mercedes” markalı avtomobilə və daha sonra digər maşına çırpılıb. Baş verən zəncirvari qəzasında yeddi nəfər yaralanıb. Onlardan artıq üçü xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.