- 10:26 | 05.01.2025
- Digər
Yanvarın 4-də ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 9, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.