- 08:31 | 03.01.2025
- Dünya
Cənubi Koreyada Prezidenti Yun Sok-Yölü həbs etməyə çalışan birgə istintaq qrupu və prezident mühafizəsi arasında qarşıdurma iki saatdan artıqdır ki, davam edir.
E-huquq.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
“Müstəntiqlər barrikadaların birinci və ikinci cərgələrini aşıblar və hazırda onlar igamətgahın mühafizə xidmətinin qarşısında dayanıblar”, - məlumatda deyilir.