Türkiyənin 27 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib

Türkiyədə FETÖ-yə qarşı keçirilən əməliyyatlarda 93 şübhəli saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir son 10 gündə terror təşkilatına qarşı ölkənin 27 vilayətində keçirilən Kıskaç-32 əməliyyatlarında 93 şübhəlinin tutulduğunu bildirib.

Əməliyyatlar zamanı silah-sursat, külli miqdarda xarici valyuta, sənəd və rəqəmsal materiallar ələ keçirilib.

Şəbnəm Mehdizadə