- 15:32 | 28.12.2024
- Vəkillik
"Bu il 916 nəfər vəkilliyə qəbul üzrə imtahanda iştirak etmək üçün sənəd verib və yazılı imtahanda iştirak edib. Onlardan 364 nəfəri uğur əldə edib".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, vəkilliyə qəbul imtahanları çətindir: "Vəkilin bilik səviyyəsi hakimdən, prokurordan aşağı olmamalıdır. Biz illərdir buna çalışırıq və məqsədimizə nail olmuşuq. Şifahi müsabiqədə obyektivlik tam təmin olunur. Artıq 2 ildir ki, şifahi imtahanlarda video çəkiliş olur. İstənilən namizəd öz nəticələrinə baxa bilər".
Şəbnəm Mehdizadə