- 15:14 | 28.12.2024
- Vəkillik
Bu il Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 17 vəkilin fəaliyyəti dayandırılmaqla üzvlükdən xaric olunması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilib.
E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - "Vəkil Günü" münasibətilə keçirilən tədbir çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin vəkillər peşə vəzifələrini, etik davranış qaydalarını kobud şəkildə pozublar: "Mən görürəm ki, onların bəziləri öz səhvlərindən, yol verdikləri qanun pozuntusundan peşmandır. Lakin biz bu məsələdə prinisipiallıq nümayiş etdiririk. Ümid edirəm ki, gələcəkdə bu sahədə vəziyyət daha da yaxşılaşdırılacaq".
Şəbnəm Mehdizadə