- 14:45 | 28.12.2024
- Siyasət
Yaxın günlərdə Azərbaycan ərazisində Rusiya vətəndaşlarının müvəqqəti olma müddəti barədə qaydalara dəyişiklik edilməsi nəzərdə tutulub.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Rusiyada xarici vətəndaşların müvəqqəti olma müddəti ilə əlaqədar qəbul edilmiş yeni qaydalarla bağlı yerli medianın sualına cavabında deyib.
O vurğulayıb ki, Rusiya tərəfinin tətbiq etdiyi yeni qaydalar və ölkədə qalma müddəti ilə bağlı tələblərin sərtləşdirilməsi ilk növbədə Azərbaycan vətəndaşlarının hüquqları kontekstində nəzərdən keçirilir: "Azərbaycan tərəfi hər bir xarici siyasət məsələlərində olduğu kimi, müvəqqəti olma və miqrasiya məsələlərində də paritet və qarşılılıq prinsiplərindən çıxış edəcək".