Moskvaya uçan təyyarə Bakıya buna görə təcili enibmiş - VİDEO

Xəbər verdiyimiz kimi, Dubay-Moskva reysi ilə uçan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportunda məcburi eniş edib. Təcili enişin səbəbi sərnişinlərdən birinin özünü etik qaydalara uyğun aparmaması olub.


E-huquq.az xəbər verir ki, Rusiyanın “Baza” teleqram kanalı “Aeroflot” aviaşirkətinə məxsus sözügedən təyyarədə baş verən hadisənin görüntülərini yayıb. 

Bildirilib ki, həmin sərnişin uçuş boyu qışqırıb, ekipaj üzvlərini itələyib, illüminatoru sındırmağa cəhd edib. 

Digər sərnişinlərin sözlərinə görə, Roman Paxomov adlı bu şəxs ilk olaraq təyyarəyə mindikdə ayıq olub. Lakin iddialara görə, o, üzərində spirtli içki gizlədərək hava gəmisinə daxil olub. 

Ekipaj üzvləri onun öhdəsindən gələ bilmədikdə təyyarənin Bakıda enməsi ilə bağlı qərar verilib. Hava gəmisi Bakıda yerə endikdən sonra isə Paxomov polisə təhvil verilib. 

“Baza”nın məlumatına görə, o, özünə gəldikdə heç nə xatırlamadığını bildirib.

Mənbə: Qafqazinfo