"Əsas məqsədlərimizdən biri gənc hüquqşünasların vəkilliyə cəlb olunmasıdır" - Sədr

"Qarşımızıda duran ən böyük hədəflərdən biri də gənc hüquqşünasların vəkilliyə cəlb olunmasıdır".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - "Vəkil Günü" münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vəkilliyə qəbul olunan şəxslərin 70 faizini 40 yaşadək olan namizədlərtəşkil edir: "Bu o deməkdir ki, vəkillik gəncləşir, vəkilliyə yeni nəfəs gəlir. Bu, bizi çox sevindirir".

Anar Bağırov Vəkillər Kollegiyasının gənc hüquqşünaslara çox böyük dəstək göstərdiyyini söyləyib: "Biz gənc hüquqşünaslar üçün təşkil olunan onlarla layihəyə sponsorluq etmişik. Bunun nəticəsidir ki, hüquqşünas tələbələrin əksəriyyəti vəkil olmaq istəyir. Əvvəllər isə tələbələr daha çox prokuror, hakim olmaq istəyirdi. Bu nəticə bizim siyasətimizin doğru olduğunun göstəricisidir"ş

Şəbnəm Mehdizadə