Anar Bağırov: "Yeni binamız ən müasir texnologiyalarla təchiz olunacaq"

"Bakının mərkəzində Vəkillər Kollegiyasının yeni baş ofisi fəaliyyət başlayacaq".

E-huquq.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov 28 dekabr - "Vəkil Günü" münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, yeni bina Kollegiyasının hesabına inşa ediləcək: "Bu yaxınlarda açıq tender keçirilib. Tenderin qalibi olan "Bakı Abadlıq Xidməti" MMC əsaslı təmir və tikinti işləri həyata keçirəcək. Yeni binamız ən müasir texnologiyalarla təchiz olunacaq".

Şəbnəm Mehdizadə