- 15:40 | 23.12.2024
- Dünya
Braziliyada baş verən zəncirvari yol qəzasında həyatını itirənlərin sayı 41-ə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Sözügedən qəza bir neçə gün öncə ölkənin Minas Gerais əyalətinin Teofilo Otoni qəsəbəsindəki BR-116 şosesində baş verib.
Açıqlamada qəzaya qarşı tərəfdən gələn yük maşınından qopan qranit blokunun səbəb olduğu bildirilib.
Sürücünün yük avtomobilini kütlə parametrlərinə dair tələbləri pozaraq normadan artıq yüklədiyi məlum olub.
Yük maşınının sürücüsü polis tərəfindən axtarılır.
Şəbnəm Mehdizadə