Bakıda 67 yaşlı qadını maşınla vurub öldürməkdə təqsirləndirilən sürücüyə 3 il cəza verildi

Sabunçuda piyadanı maşınla vurub öldürməkdə təqsirləndirilən Elnur Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Elnur Əsədov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində qeydə alınıb.  Belə ki, 1989-cu il təvəllüdlü Elnur Əsədov idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə piyada 67 yaşlı MehribanAbbasovanı vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. 

Şəbnəm Mehdizadə