"Bu mühüm addımla ədalət tərəzisini daha da gücləndirmiş oluruq"

Türkiyədə hakim və prokuror köməkçisi vəzifəsinə namizədlər üçün imtahan keçiriləcək.


E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunc məlumat verib.

O bildirib ki, ikinci dəfə baş tutacaq imtahanda 39 582 nəfər iştirak edəcək.

“Məhkəmə sisteminin daha da gücləndirilməsi, ədalət mühakiməsinin daha effektiv və sürətli həyata keçirilməsi üçün atdığımız bu mühüm addımla ədalət tərəzisini daha da gücləndirmiş oluruq”, - deyə nazir qeyd edib.

"Hakim və prokuror köməkçisi sisteminin məhkəmə sisteminin fəaliyyətinə mühüm töhfə verəcəyini bildirən ədliyyə naziri “Gələcəkdə hakim köməkçilərimizin və prokurorlarımızın məhkəmə sistemimizə verəcəyi töhfələri görmək hamımız üçün böyük bir qürur mənbəyi olacaq", - Tunç əlavə edib.

Şəbnəm Mehdizadə