İstanbul Vəkillər Kollegiyasının sədri və idarə heyətinin üzvləri haqqında cinayət işi açılıb

İstanbul Vəkillər Kollegiyasının sədri və idarə heyətinin üzvləri haqqında çinayət işi açılıb.

E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, onlar “terror təşkilatının təbliğatını aparmaq” və “ictimaiyyəti çaşdıran məlumat yaymaq”da ittiham olunurlar

İstanbul prokurorluğundan verilən açıqlamada bildirilib ki, PKK terror təşkilatı üzvləri Nazım Daştan və Cihan Bilginin ünvanına tərif dolu ifadələrin işlənməsi, həmçinin onların jurnalist fəaliyyətləri və jurnalist kimlikləri səbəbiylə öldürüldükləri, dövlətimizin guya müharibə cinayətləri törətdiyinə dair çaşdırıcı məlumatların yayılması ilə əlaqədar olaraq İstanbul Vəkillər Kollegiyasının sədri və idarə heyəti üzvləri barədə cinayət işi başlanılıb.

Şəbnəm Mehdizadə