Əfqanıstanda 2 ağır yol qəzasında 52 nəfər ölüb

Əfqanıstanın Qəzni əyalətində baş verən iki ayrı yol qəzasında 52 nəfər ölüb.

E-huquq.az Əfqanıstan mətbuatına istinadən xəbər verir ki, əyalətin Şahbaz və Nani rayonlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hər iki yol-nəqliyyat hadisəsi paytaxt Kabili cənubundakı Qəndəhar əyaləti ilə birləşdirən əsas yolda baş verib.

Belə ki, qəzalardan birində sərnişin avtobusu neft tankeri ilə, digərində isə başqa bir sərnişin avtobusu yük maşını ilə toqquşub. 

Qəzni Əyalət Sağlamlıq İdarəsinin məlumatına görə, qəzalarda azı 52 nəfər ölüb, 76 nəfər yaralanıb.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılarkən, həyatını itirənlərin cəsədləri yaxınlarına təhvil verilir.

Digər tərəfdən, Əfqanıstan müvəqqəti hökumətinin sözçüsü Zabihullah Mücahid ölənlərin yaxınlarına başsağlığı verib.

Şəbnəm Mehdizadə