Nyu-Yorkda nəsli kəsilmiş heyvan fosili tapılıb

ABŞ-ın Nyu-York ştatının Skoçtaun şəhərində bir evin həyətində bağçasında tapılan fosillər elm dünyasını heyrətləndirib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalar nəticəsində tapılan sümüklərin nəsli kəsilmiş mamont çənəsi və digər sümük parçaları olduğu məlum olub. 

Nyu-York Dövlət Muzeyi və "SUNY Orange" Universitetinin mütəxəssisləri çənə sümüyü ilə birlikdə barmaq sümüyü və qabırğa parçası tapdıqlarını açıqlayıblar.

"Çənə sümüyü bu kəşfin ulduzu olsa da, barmaq və qabırğa parçaları da mühüm kontekst təmin edir və gələcək tədqiqatlar üçün potensial yaradır" - deyə "SUNY Orange"nin antropoloqu Kori Harris deyib.

Nyu-York Dövlət Muzeyinin mütəxəssisi Robert Feranec bildirib ki, bu kəşf ştatın zəngin paleontoloji tarixinə mühüm töhfədir: "Mamont çənəsi bu möhtəşəm növün ekologiyasını öyrənmək üçün unikal imkan yaradır. Bu, bizim təbiətimizi yaxşılaşdıracaq. Buz dövrü ekosistemlərini haqqında anlayış yaradacaq".

Şəbnəm Mehdizadə