- 13:05 | 19.12.2024
- Dünya
ABŞ-ın Kaliforniya ştatında yaşayan bir şəxsdə H5N1 (Quş qripi) xəstəliyinin aşkarlanması ilə bağlı olaraq fövqəladə vəziyyət elan edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kaliforniyada yaşayan bir şəxs virusa yoluxmuş toyuqlarla təmasda olub.
Kaliforniya qubernatoru Gavin Newsom ştatda və ölkə daxilində quş qripi hallarının artması səbəbindən dünən fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
Şəbnəm Mehdizadə