- 17:19 | 08.12.2024
- Hadisə
Dekabrın 8-də saat 13 radələrində Balakən rayonu Şərif kəndində Heybulla Süleymanova məxsus evdə yanğın baş verib.
E-huquq.az xəbər verir ki, odun sobasından çıxan alov nəticəsində ümumi sahəsi 140 kv metr olan 4 otaqlı evin 2 otağı və çardağı tamamilə yanıb.
Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğın yerinə cəlb olunub.