- 17:33 | 02.12.2024
- Məhkəmə
Bakıda mağazadan oğurluq etməkdə təqsirləndirilən Amin Bəkirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatna görə, iş üzrə toplanmış materiallar baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
İş hakim Cəmilə Səfiyevanın icraatına verilib. Məhkəmənin hazırlqı iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, oğurluğa görə axtarışda olan Amin Bəkirov Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılıb. Araşdırmalarla onun Nəsimi rayonu ərazisində mağazaların birindən 470 manat pul, 2140 manat dəyərində spirtli içki və tütün məmulatı oğurladığı müəyyən edilib. A.Bəkirova qarşı Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə